Aprel döyüşləri başlayanda erməni general görün nə edib

“2016-cı ildə Aprel döyüşlərindən sonra Ermənistan ordusunun nüfuzlu generalları, rəsmiləri müxtəlif bəhanələrlə vəzifədən kənarlaşdırıldı”.

Globalinfo.az xəbər verir ki, bunu Aprel döyüşləri və 44 günlük müharibədə iştirak etmiş erməni terrorçu Manuel Manukyan deyib.

O bildirib ki, 2016-cı ildən sonra Ermənistan ordusunda ciddi dəyişikliklər oldu:

“Hətta o zamankı baş qərargah rəisi, general Yuri Xaçaturovla bağlı bir iddia yayıldı. Generalın Aprel döyüşləri başlayanda bilyard oynadığı, xəbəri eşitdikdən sonra vecsiz halda oyununa davam etdiyi məlumatı tirajlandı.

Biz 2016-cı ildə Azərbaycanla mübarizə apardıq, lakin 2020-ci ildə bunu edə bilmədik. Əgər ordu ilə bağlı düzgün qərarlar verilsəydi, müharibəni 20 günə dayandıra bilərdik. Lakin döyüşlər Azərbaycanın istədiyi zaman bitdi”, – M.Manukyan deyib.

Qeyd edək ki, general Yuri Xaçaturov 1992-ci ildə Qarabağın işğalında aktiv iştirak edib. O, Xocalı soyqırımını törədən şəxslərdən biri kimi tanınır. Xaçaturov bir müddət Ermənistanın müdafiə naziri vəzifəsini icra edib, general-polkovnik rütbəsi alıb. 2008-2017-ci illərdə Ermənistan ordusunun baş qərargah rəisi olub.

Ayşən Mustafa
Globalinfo.az