Şəhid polis dəfn edildi – YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhid, Ulacalı kənd qəbiristanlığında, yaxınlarının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.

Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib - FOTO Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib - FOTO

***11:51

Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz Əzizbəy Etibar oğlu Muradov bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki,  Əzizbəy Muradov Çevik Polis Alayının polis nəfəri olub.

O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.

Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin üzvüdür.