Ankarada FETÖ-yə qarşı əməliyyat: saxlanılanlar var

Türkiyənin paytaxtı Ankara şəhərində FETÖ terror təşkilatına “işləyən” 15 nəfər saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyat nəticəsində həmin şəxslərin 2013-cü ildə dövlət qulluğuna qəbul imtahanının suallarını yaydıqları məlum olub.

Sualları sızdırmaq şübhəli bilinən 11, onları yaymaqda günahlandırılan 4 nəfər barəsində həbs qərarı çıxarılıb. Ümumilikdə 5-i hazırda vəzifədə olan 15 nəfərin həbsi üçün proses davam edir.

Ayşən Mustafa
Globalinfo.az