tramp putin

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşün keçirilməsi üçün mətbuatda Türkiyə, Qətər və bir sıra başqa ölkələrin adı çəkilir. Lakin bu mövzuda Ankara hər hansı məlumat verilməyib”.

Globalinfo.az xəbər bildirir ki, bu barədə “RİA Novosti”yə Türkiyə hökumətindəki mənbələr məlumat veriblər.

Mənbənin sözlərinə görə, ehtimal görüşün tarixi və yeri ilə bağlı rəsmi hansı məlumat yoxdur. Bununla bağlı hər hansı xüsusi göstəriş də olmayıb. Agentliyə danışan hökumət rəsmisi iddiaları şayiə adlandırıb.

Qeyd edək ki, Donald Tramp daha öncə Vladimir Putinlə ikitərəfli görüş keçirmək və bütün vacib məsələləri müzakirə etmək istədiyini açıqlayıb. Liderlərin görüşü üçün ən ideal hesab edilən məkanlar arasında Azərbaycanın da adı çəkilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: