Anar mahnı oxudu: “Ay Laçın” – VİDEO

AYB-nin sədri Anar məclisdə “Ay Laçın” mahnısını oxuyub.

Globalinfo.az bildirir ki, görüntülər yazıçıların Şabranda istirahət mərkəzinin açılışı ilə bağlı keçirilən məclisdə çəkilib.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın çəkdiyi görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.

Mahnının sözlərini unudan Anara zalda oturanlar yardım edib.

Məclisdə iştirak edənlər nəqarəti Anarla birgə təkrar ediblər.