“Qərbin hərbi təlim üsulları öldürməkdən həzz almağa yönəlib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Devid Qrossman deyib.

O bildirib ki, müasir təlim alətlərinə əsaslanaraq biz düşməni öldürməyi şərti refleksə çevirmişik.

“Müasir təlim əsgərə “işini görməyi” öyrədir, bundan sonra o, düşməni öldürməyin sevincini yaşayır”, – Qrossman vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvanın Ukraynadakı Qərb muzdlularının varlığından xəbərdar olduğunu deyib. O bildirib ki, hərbi təlimatçılar da muzdlu adı altında Ukraynadadır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: