110756 original

“Paşinyan dövlətin potensialını elə həddə çatdırıb ki, indi yaxşı həll yolları tapmaq çətindir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib:

“Nikol Paşinyan dövlətin potensialını ən aşağı həddə çatdırıb ki, ondan sonra hakimyyətə kim gəlsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur qalsın. Ona görə də istər komanda olsun, istərsə də fərdi şəxs, bu vəziyyətdə uğurlu çıxış yolunu tapmaq çox çətindir. Amma hər bir halda müxalifət müəyyən həll yollarını tapa biləcək”.

Erməni politoloq hesab edir ki, vasitəçilərin cəlb edilməsi mexanizmlərini işə salmaqla münaqişə ilə bağlı müxtəlif həll yolları tapmaq mümkündür: “Mən bəzi xüsusi komandaların hökumətin rəhbərliyinə gətirilməsini məqbul sayıram. Onlar daha çox texnokratdırlar. Yəni dövlətin nə olduğunu bilən, iradəli insanlardır. Cəmiyyətin bir hissəsi hətta onları tanımır, amma bu, ən vacib məsələ deyil. Cəmiyyət indiki hakimiyyəti tanıyırdı, lakin onun bizə bəxş etdiyi fəlakətin şahidi olduq”.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: