Alen Delon Zelenskidən müsahibə alacaq

Əfsanəvi fransız aktyor Alen Delon Ukrayna xalqına dəstək nümayiş etdirib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun BFM TV-yə istinadən verdiyi xəbərə görə, 86 yaşlı sənətçi bunları deyib:

“Ukrayna ilə baş verənlər məni dərindən üzür və təsirləndirir, buna görə onlar üçün mübarizə aparıram”, – o deyib.

Həmçinin bildirilir ki, sentyabrın 23-də Alen Delon Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə alacaq. Müsahibə “TV5 Monde” telekanalının efirində nümayiş etdiriləcək.