Ermənistanda uşaq alveri skandalı – Bakının dostunun əsas rəqibi…

Avropa İttifaqı Şurasının prezidentliyinə əsas namizədlərdən hesab edilən Mario Draqi Ermənistanda “uşaq alveri” ilə məşğul olmaqda ittiham edilir.

Globalinfo.az xəbər verir ki, Ermənistanın “Fakt” nəşri bir müddət öncə Avropa Mərkəzi Bankının keçmiş prezidenti, İtaliyanın sabiq baş naziri M.Draqinin adının cinayət skandalında hallandığını yazıb.

Məlumata görə, keçmiş baş nazir Ermənistanda uşaq alverində ittiham edilib. Hətta oğlu Cakamo Draqi Ermənistanda qanunsuz şəkildə övladlığa uşaq götürüb. Bunun heç bir hüquqi prosesə əsaslanmaması, qaydalara riayət edilməməsi “azyaşlı alveri” kimi qiymətləndirilir.

Nəşr hadisənin konkret nə zaman yaşandığını qeyd etməyib, lakin Ermənistanda hökumət iclasında müzakirə olunduğunu, nazirin oğluna cinayət işi açıldığını bildirib.

İddialara görə, daha sonra İrəvan hökuməti M.Draqinin tələbi əsasında cinayət işi ilə bağlı istintaqı dayandırıb.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vəzifəsindən istefa verəcəyini açıqlamışdı. Bu posta ən güclü namizədlərdən biri isə Macarıstanın Baş naziri Viktor Orban hesab edilir.

Ayşən Mustafa
Globalinfo.az