Astarada ağır yol qəzası: bir ailə yanaraq öldü – VİDEO / YENİLƏNİB

Astarada baş verən dəhşətli yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü yanaraq ölüb.

Globalinfo.az xəbər verir ki, rayonun Şiyəkəran kənd sakini Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi BMW markalı minik avtomobili Rusiya Federasiyası vətəndaşı olan Maqammedemin Abdullaşevə məxsus iritonnajlı yük maşınına çırpılaraq alışıb.

Nəticədə minik avtomobilinin sürücüsü, onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva və övladı üç yaşlı Gülxanım Mirzəmməd qızı Əliyeva yanaraq ölüblər.

***

Astarada ağır yol qəzası olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobili iri tonnajlı DAF markalı yük avtomobilinin altına girib, ölənlər var.

Faktla bağlı araşdırma aparılır.