Ağdaş xəstəxanasında yeni doğulan əkizlərdən biri öldü

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan əkiz körpələrdən biri ölüb.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, rayonun Hapıtlı kənd sakini Mərdanova Günel Nizami qızının sentyabrın 17-də xəstəxanada dünyaya gətirdiyi əkiz oğlan uşaqlarından biri olan Məmmədov Elvin Vilayət oğlu sentyabrın 23-də vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.