d41e60f6 36a7 343e 9101 758e687467cc 850

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda “Ağdam, Qiyaslı məscidi – 18.07.2025″ sözləri yer alıb.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Paylaş: