Ağdamdakı məşhur heykəl bərpa olunur – FOTO

ferhadin heykeli

Ağdamda Xalq rəssamı Tokay Məmmədovun müəllifi olduğu Fərhadın heykəli bərpa olunur.

Globalinfo.az bildirir ki, bunu “Report”a müsahibəsində Xalq rəssamı Hüseyn Haqverdiyev deyib.

Rəssam işin bərpasının ona həvalə olunduğunu bildirib:

“Həmin abidə Xalq rəssamı Tokay Məmmədova məxsusdur və onu da ermənilər dağıdıblar. Bilirsiniz, Qarabağda bərpa işləri gedir, sözügedən abidə də bu çərçivədə prosesə cəlb olunub”.