Ağdamda fərdi yaşayış evində yanğın – FOTO

Ağdamda fərdi yaşayış evində yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları Mirəşəlli kənd sakini Malik Rəsul oğlu Quliyevə məxsus dördotaqlı fərdi yaşayış evində baş verən yanğını söndürüblər. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.