Ağadadaş Ağayevin işi məhkəmədə – 5 ilə kimi həbs

WhatsApp Image 2024 07 23 at 14.46.21

Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan “Medera Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq. İlk iclas oktyabrın 31-i keçiriləcək.

vusal%20tagiyev

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Təqsirləndirilən şəxslər həbsdə deyil. İbtidai istintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında hakim onların sərbəst, ya həbsdə mühakimə edilməsi ilə bağlı qərar qəbul edəcək.