AĞ Partiya ləğv edilir? – Açıqlama

“Bu gün AĞ Partiya ətrafında dezinformasiya yayan bəzi media quruluşları peyda olub. Guya hansısa partiyaya, yaxud partiyalara birləşəcəyik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri AĞ Partiya sözçüsü Cavanşir Abbaslı deyib.

O bildirib ki, AĞ Partiya hazırda istər elektoratına, istərsə də nüfuzuna görə ölkədə ilk sıradadır:

“Bu partiyanın heç bir partiyaya nəinki birləşmək, heç bir partiyanı belə özünə birləşdirmək fikri yoxdur. Bu cür dezinformasiyalar yayanda belə, ən azından AĞ Partiyanın mövqeyi nəzərə alınmalıdır. Bu həm də jurnalistika prinsipidir. Bundan sonra qərəzli məlumatlar yayan dostlara səslənirik, lütfən, nəzərə alın!”

Zaira Akifqızı
Globalinfo.az