Eliyev ilham 12 900x506 1

Vaşinqtonda Azərbaycan Prezidenti İlham ƏliyevABŞ Prezidenti Donald Trampın ikitərəfli və Ermənistan Baş naziri Nikol Paşinyanla keçiriləcək üçtərəfli görüşə hazırlıqlar yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısında hər üç ölkənin dövlət bayraqları düzülüb.

Fəxri qarovul üçün hərbçilər əraziyə gəliblər. Media nümayəndələri də Ağ Evin qarşısına və Oval ofisə toplaşırlar.

Üçtərəfli görüşə dünya mətbuatı böyük maraq göstərir. Onlarla media qurumunu təmsil edən jurnalistlər görüşü işıqlandırmaq üçün gözləyirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədirlər.

Bu gönderiyi Instagram’da gör

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

Paylaş: