adil kerimli 2

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. Bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli əmr imzalayıb. 

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin əmri ilə  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Aqaəli Cəlilov təyin edilib.

Yeni rəis əmək fəaliyyətinə 1984-cü ildən Turan qəsəbə Mədəniyyət Evində metodist kimi başlayıb. 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

61 yaşlı Aqaəli Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur.

225e3796f41f252d1dd7e6a01a8ff2051678856280 photo 5228827369974908082 y 1 jpg

 

Paylaş: