Abşeronda evdə partlayış: xəsarət alan var – VİDEO / YENİLƏNİB

Bu gün saat 21:44-də Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Globalinfo.az xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.