ABŞ-da vitse-prezidentliyə namizədin avtomobil korteji qəzaya düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat dərc edib.

Məlumata görə, Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidentliyə namizədi Tim Valzın kortejindəki avtomobillərdən bəziləri seçki kampaniyasına gedən zaman qəzaya uğrayıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bildirilir ki, Valzı müşayiət edən jurnalistlərin olduğu mikroavtobus da qəza keçirib. Jurnalistlər arasında da xəsarət alanların olduğu bildirilir.

Müşviq tofiqoğlu
Globalinfo.az

 

Paylaş: