abs rusiya 1

ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığı məlumat yayıb.

    Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub.

    “Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, – komandanlıqdan bildirilib.

    Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.

    Paylaş: