absh ukrayna

Polşanın baş naziri Donald Tusk bildirib ki, ABŞ ilk dəfə açıq şəkildə Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu mövqe Avropanın aparıcı ölkələrinin liderləri, Kanadanın baş naziri Mark Karni, Avropa institutlarının rəhbərləri və NATO-nun baş katibi Mark Rutte ilə yüksək səviyyəli danışıqlardan sonra səsləndirilib.

Tusk bildirib ki, sülh perspektivi artıq uzaqda deyil. Proses aylar və ya illər yox, yaxın həftələr ərzində reallaşa bilər.

Polşa hökumət başçısı bu optimizmin əsas səbəbi kimi Vaşinqtondan gələn ilk aydın siqnalları göstərib. Həmin siqnallar ABŞ-ın Ukraynanın təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu deməyə əsas verir. Eyni zamanda sülh sazişi əldə edildikdən sonra Amerika hərbçilərinin Ukrayna ərazisində, məsələn sərhəd və ya təmas xəttində yerləşdirilməsi də mümkünləşə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: