Iran israil abs 1

ABŞİran arasında nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumunun mümkün şərtləri açıqlanıb. Bildirilir ki, sənəd ilkin mərhələdə tərəflər arasında 60 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutur. Bu müddətdə Hörmüz boğazının yenidən açılması və İranın neft ixracını məhdudiyyətsiz həyata keçirməsi mümkün olacaq. Eyni zamanda, Tehranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqların aparılması planlaşdırılır.

Bu şərtlər altında anlaşma memorandumu imzalana bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, belə ssenari mümkündür, amma hələlik daha çox “müvəqqəti sabitləşdirmə formulu” kimi görünür:

Müzakirə olunan variant 60 günlük atəşkəs, Hörmüz boğazının açılması, İran neft ixracına məhdudiyyətlərin yumşaldılması və nüvə proqramı üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur. Bu, həm Vaşinqton, həm də Tehran üçün taktiki nəfəs imkanı deməkdir. ABŞ enerji bazarında gərginliyin azalmasını, İran isə iqtisadi təzyiqin yumşalmasını qazana bilər”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, memorandumun imzalanması əsasən nüvə məsələsində kompromisin dərinliyindən asılı olacaq:

“Əgər sənəd yalnız atəşkəs, boğazın açılması və danışıqların başlanması kimi ilkin texniki razılaşmaları əhatə etsə, imzalanma ehtimalı realdır. Lakin İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı, zənginləşdirmənin dayandırılması və regional təsir alətləri kimi məsələlər sənədə daxil edilərsə, razılaşma xeyli çətinləşəcək. Ona görə bu memorandum tam sülh sənədi yox, daha çox böhranın idarə olunması üçün keçid mexanizmi ola bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: