ABŞ və Böyük Britaniya Rusiyanın enerji sektoruna sərt sanksiyalar tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Bildirilir ki, sanksiya siyahısına 180-ə yaxın gəmi, onlarla treyder, iki böyük neft şirkəti, ROSATOM və Rusiya neft sənayesinin bir sıra aparıcı şirkətləri daxildir.
Maliyyə Nazirliyinin sanksiya siyahısına 150 fiziki şəxs və təşkilat daxildir; 183 gəmi bloklanmış əmlak kimi təsnif edilir. Sanksiyaların Rusiyanın əsas gəlir mənbəyi olan neftə yönəldiyi vurğulanır.
Tətbiq edilən sanksiyalar Rusiya neftinin əsas alıcıları – Hindistan və Çinə ixracında ciddi fasilələrə səbəb olacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az