ABŞ və AB bu ölkəyə hərbi yardımı artırdı: Kremlin növbəti hədəfi…

“Rusiyanın başı hazırda Ukrayna müharibəsinə qarışıb. Bu mənada Moldovaya hücum ssenarisi real deyil”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov ABŞ, AB və digər tərəfdaşlar ölkələrin Moldovaya hərbi sahədə yardımı artırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ və AB tərəfindən Moldovaya bu kimi yardımlar hər zaman edilib:

 

Tural İsmayılov (@TSmaylov) / Twitter
“Qərb Moldovada həm iqtisadi sabitliyin əldə edilməsi, həm də Moldova dövlətçiliyini Rusiyanın aqressiyasından qorumaq üçün rəsmi Kişinyova yardımlar edir. Nəzərə almaq lazımdır ki, Moldovanın ərazi bütövlüyü ilə bağlı ciddi probemləri də var. Bu ölkə illərdir Dnesteryanı münaqişəsinin həll edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində səylər göstərir. Müxtəlif vaxtlarda Moldovada hakimiyyətin dəyişməsinə baxmayaraq, rəsmi Moskva bu münaqişənin bitməsini istəmir.

Moldovanın son illərdə Qərbə yönəlməsi və münasibətləri inkişaf etdirməsi Rusiya ilə münasibətləri daha da soyuqlaşdırıb. Bununla belə ABŞ, AB və digər tərəfdaş ölkələrin Moldovaya hərbi sahədə yardımı artırmasının Rusiya ilə heç bir əlaqəsi yoxdur. Çünki Rusiyanın başı Ukraynada qarışıb.

Rəsmi Moskva Ukrayna müharibəsindəki hədəflərinə hələ çata bilməyib. Ukraynadakı natamam işğalçılıq prosesi davam etdiyi bir zamanda Moldovada yeni bir cəbhənin açılması real deyil”.

Turan Rzayev, Globalinfo.az