“ABŞ yaxın həftələrdə Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyi planlaşdırır”.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Hazırda sizə elan edəcəyim heç nə yoxdur, lakin siz bizim yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketləri göndərməyə davam edəcəyimizi görəcəksiniz”, – o deyib.
Amma Kirbi söhbətin qanadlı raketlərin tədarükündən getdiyini təsdiqləməyib.
Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti ABŞ-ın bu məsələ ilə bağlı yekun qərar verilməsə də, JASSM uzaqmənzilli qanadlı raketlərin Ukraynaya ötürülməsi ideyasına açıq olduğunu yazmışdı.