ABŞ Ukraynada korrupsiya ilə mübarizə üçün 5 milyon dollar qrant ayıracaq.
Globalinfo.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.
Zeya bildirib ki, Dövlət Departamenti bundan başqa ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb.