ABŞ Ukraynanın müharibədə uduzmasının səbəbini AÇIQLADI

“Ukrayna ABŞ Konqresinin Kiyevə yardımın ayrılması məsələsindəki fəaliyyətsizliyinə görə uduzmur”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı milyarder Devid Saks deyib.

“Səbəb Rusiyanın Ukraynadan daha çox insan resursuna malik olmasıdır. Digər tərəfdən, Rusiya Qərbdən daha çox artilleriya istehsal edir və eyni zamanda hava üstünlüyünə malikdir”.

Qeyd edək ki, Saks daha öncə Ukraynaya yardım göstərilməsini axmaqlıq adlandırıb. Onun fikrincə, Amerika hökuməti yalnız öz müttəfiqlərinə silah satmalıdır.

Bəzi yüksək rütbəli amerikalı rəsmilər isə hesab edirlər ki, Kiyevə əlavə yardım göstərilməməsi Ukraynanın potensial dağılmasına səbəb ola bilər.

Əliyar Xəlil
Globalinfo.az