Tedros Adhanom Gebrejesus

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “MV Hondius” gəmisindən təxliyə edilənlər arasında daha bir hantavirus infeksiyasına yoluxma halının qeydə alındığını açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, bununla da ümumi yoluxma hallarının sayı 12-yə çatıb.

Bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bu gün heyət üzvündə daha bir yoluxma halı təsdiqlənib. O, Niderlanda repatriasiya edilib və həmin vaxtdan bəri özünütəcrid vəziyyətindədir. Hazırda 12 yoluxma və üç ölüm faktı məlumdur”, – ÜST rəhbəri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: