Tramp2

ABŞ təyyarələri artıq Venesuela yaxınlığındakı beynəlxalq hava məkanında patrul edir.

Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı rəsmilər The Washington Post nəşrinə məlumat veriblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Venesuela üzərində və ona yaxın ərazilərdə hava məkanının bağlandığını elan edib.

“Bütün aviaşirkətlərə, pilotlara, narkotik və insan qaçaqmalçılarına səslənirəm: Venesuela üzərindən olan hava məkanını tamamilə bağlanmış hesab edin”, – Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: