
ABŞ-ın İsraildəki səfiri Mayk Hukabe İranın bu ölkəyə hücumları ilə bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, səfir gecənin çətin keçdiyini bildirib.
“İsrail üçün çətin gecə idi, 5 dəfə sığınacağa getmək məcburiyyətində qaldım. İndi ölkədə Şabatdır, sakitlik olmalıdır, lakin bəlkə də olmayacaq”.
Hukabe İsrail xalqına sığınacaqların yaxınlığında qalmağın tapşırıldığını deyib.
Qeyd edək ki, İranın İsrailə hücumları nəticəsində 2 nəfər ölüb, 90-dan çox yaralı var.
Əliyar Xəlil
Globalinfo.az