sanksiya1649004849

ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Globalinfo.az  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vaşinqton 46 rusiyalı fiziki şəxsin adını sanksiyalar siyahısına daxil edib.

Bayden administrasiyası Rusiyaya müxtəlif gündəlik tələbat mallarının ixracını da qadağan edib, 71 şirkəti xarici ticarətdə “qara siyahı”ya əlavə edib.

“Qara siyahı”ya alınmış şirkətlərdən 69-u Rusiya, biri Ermənistan, biri isə Qırğızıstan şirkətidir. Yeni sanksiyaların Rusiyada aviasiya vasitələrinin təmiri və ehtiyat hissələri hazırlayan şirkətlərə, eləcə də barıt və traktor istehsalçılarına, avtomobil zavodlarına, gəmiqayırma müəssisələrinə və mühəndislik mərkəzlərinə tətbiq edildiyi bildirilib.

Qeyd olunub ki, bu addım ABŞ tərəfindən sanksiyaların sonuncu raundunun və ixrac nəzarəti məhdudiyyətlərinin bir hissəsidir və məqsəd Rusiyanın sənaye bazasını və onun müharibəni davam etdirmək imkanlarını zədələməkdir.

Paylaş: