ABŞ Rusiya hücumuna qarşı hərəkətə keçdi

Bir neçə min amerikalı hərbçi yaxın 9 ay ərzində Rumıniyanın cənub-şərqində olacaq.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.

Məlumata görə, hazırda ölkənin cənub-şərqindəki bazada 4 min amerikalı hərbçi yerləşir. Qəzet buradakı hərbçilərin rotasiyasının 101-ci desant diviziyası çərçivəsində baş tutacağını bildirib.

Rumıniyadakı bazada ABŞ ordusunun hərbi rəhbərliyinin, o cümlədən generalın qalacağı qeyd edilib. “Nyu York Tayms” bu addıma əsas səbəb kimi Ukrayna konfliktinin nəzarətdən çıxıb NATO-ya yayılacağı halda dərhal və daha sürətli qərarlar verilməsi zərurətini göstərib.