
ABŞ Putinə görə narahat olmamalı və daha çox öz daxili işlərini düşünməlidir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
“Biz Putin barədə deyil, daha çox təcavüzkar miqrantlar, narkobaronlar, qatillər və ölkəmizə daxil olan psixi xəstələr üçün narahat olmalıyıq. Avropanın aqibətini yaşamaq istəmiriksə, bunları düşünməliyik”, – Tramp bildirib.
Xatırladaq ki, Donald Tramp bu gün Ukrayna ilə bağlı iclas çağırıb. Məlumata görə, Ukraynaya hərbi yardımın dayandırılması və ya ümumiyyətlə ləğvi məsələsi də toplantının gündəminə daxil edilib.
Aysel Əliyeva
Globalinfo.az