
Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı iclas keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, iclas bu gün keçiriləcək və Ukraynaya yardımların dayandırılması da gündəliyə daxil edilib.
İclasda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts və digər məmurların iştirak edəcəyi deyilir.
Aysel Əliyeva
Globalinfo.az