Pentaqon 20 ildən sonra cəngəllik təlimi üçün Panamaya quru qoşunlarının göndərilməsinə razılıq verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, bu, üç həftəlik təlim proqramıdır. Onun 2026-cı il ərzində genişləndirilməsi gözlənilir. Mənbə əlavə edib ki, proqram qoşunları Venesuelaya hücuma hazırlamaq üçün nəzərdə tutulmayıb.
Hesabatda qeyd olunur ki, Panamadakı ABŞ hərbi təlim mərkəzi 1999-cu ildə bağlanıb.
1914-cü ildə açılan Panama kanalı ABŞ tərəfindən tikilib və idarə olunub. 1977-ci il Torrijos-Karter müqaviləsi kanalın mərhələli şəkildə Panamaya köçürülməsini təmin edib. Saziş kanalın neytrallığını və qlobal ticarətə çıxışını təmin edir.
Əliyar Xəlil