karter

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbələr endirib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı iki nəfər həlak olub, ABŞ-nin hərbi qulluqçuları zərər görməyib.

“Kəşfiyyat məlumatları katerin Sakit okeanın şərq hissəsində məlum marşrut üzrə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib”, – deyə komandanlıqdan bildirilib.

Paylaş: