ABŞ İsrailə 7 milyardlıq silah verəcək – Hədəf bu ölkədir

vasinqton 11

ABŞ hökuməti İsrailə 7 milyard dollarlıq silah satışına icazə verib.

Globalinfo.az xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb. Məlumata görə, İsrailə 2 min GBU-39/B, 2,8 min MK82 aviabombası, 13 min JDAM komplekti və 3 min AGM-114 Hellfire raketləri göndəriləcək. İsrailə tədarükün 2028-ci ildən başlayacağı vurğulanıb.

Qeyd edək ki, ABŞ bundan öncə İrana qarşı maksimal təzyiq siyasətinə başladığını açıqlayıb. Bu, İranın nüvə silahı əldə etməyə çox yaxınlaşması ilə əlaqələndirilib. Lakin İran nüvə silahı ilə bağlı iddiaları rədd edib.

Əliyar Xəlil
Globalinfo.az