ABŞ İranla müharibədən qaçmağa çalışır – Kurilla

“ABŞ İranla müharibədən qaçmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla deyib.

O bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Birləşmiş Ştatlar İranla müharibədən yayınmağa çalışır.

“İranpərəst qruplaşmalara zərbələr nəticəsində ABŞ-ın İraq və Suriyadakı kontingenti bir aydan çoxdur ki, hücuma məruz qalmayıb. Eyni zamanda İran da ABŞ-la birbaşa toqquşmadan qaçmağa çalışır”, – Kurilla vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az