İranın nüvə silahı hazırlamaq üçün lazım olan hər şeyə sahib olduğunu demək ədalətlidir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“İranın ən azı 9-10 bomba hazırlamaq üçün kifayət qədər yüksək dərəcədə zənginləşdirilmiş uranı var idi. Onların hər şeyi hazır idi. İndi isə o qədər yox”, – katib bildirib.
O deyib ki, ABŞ İranla danışıqlara qayıtmağa hazırdır.
“Bu təklif hələ də masadadır. Biz sabah İranla danışmağa və münaqişənin həlli üzərində işə başlamağa hazırıq”, – Rubio qeyd edib.