
“İsrailə dəstək göstərmək üçün, raket hücumuna görə İranla əlaqəsi olan şirkətlərə və gəmilərə qarşı yeni sanksiyalar tətbiq etdik”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Yeni sanksiyalar İranın neft və neft-kimya sektorlarına tətbiq edilib.
Əsas məqsəd Tehrana maliyyə təzyiqini gücləndirməkdir.
Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin qara siyahısına 23 şirkət əlavə edilib.
Sanksiyaya məruz qalan gəmilər Beliz, Panama, Barbados, Sent Kitts və Nevis, Liberiya, Kuk adaları, San-Tome və Prinsipi, San Marino, Malayziya və Kamerunun bayrağı altında üzürlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az