ABŞ İrana qarşı hücumda iştirak etməyəcək – Bayden

“ABŞ İrana qarşı hər hansı bir hücumda iştirak etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Co Bayden və Milli Təhlükəsizlik Qrupunun yüksək vəzifəli üzvləri daha böyük regional müharibə riskini dayandırmağa çalışdıqlarını açıqlayıblar. Eyni zamanda Bayden ölkəsinin İrana qarşı hansısa hücuma qoşulmayacağını vurğulayıb.

Baş nazir Benyamin Netanyahu ilə telefon danışığında Bayden bildirib ki, İranın hücumları uğursuz olub və İsrail öz üstün hərbi potensialını nümayiş etdirib.

Əliyar Xəlil
Globalinfo.az