İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ Yaxın Şərqə süni intellekt texnologiyası ilə təchiz olunmuş təxminən 10 min dron göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Bu sistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlara qarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatına görə, “Merops” sistemləri Ukraynada da tətbiq olunur.