ABŞ-ın Türkiyə ilə bağlı F-16 qərarı: Razılıq…

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən məlumat verilib.

ABŞ Konqresinin NATO üzvlərinə verilən satış icazələri üçün 15 iş günü, NATO üzvü olmayan ölkələr üçün isə 30 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var.