Israil silah 6732

“ABŞ gizli şəkildə İsrailə raket və silah-sursat verir. Həmçinin tez-tez “Apaçi” helikopterləri göndərir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

İddiaya görə, Pentaqon İsrailə hərbi yardımı artıraraq, 155 mm-lik mərmilər, gecəgörmə cihazları, bunker deşən sursatlar və hərbi maşınlar daxil olmaqla, çox sayda silah dəstəyi verib.

Rəsmi Təl-Əvivin HƏMAS-la müharibədə bunlardan aktiv istifadə etdiyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: