ABŞ-ın İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı – NOTA

ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkili Devid Berkeri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etiraz notası ABŞ-nin İraqa endirdiyi zərbələrlər və bunun nəticəsində 16 nəfərin ölümü ilə bağlıdır.

Məlumatda qeyd edilib ki, İraq öz ərazisinin müharibə edən ölkələr arasında hesablaşma meydanı kimi istifadəsinə icazə verməyəcək.

Xatırladaq ki, bu gün ABŞ İraq və Suriyada iranyönlü qruplara zərbələr endirib, 85-dən çox hədəf vurulub.