ABŞ Ermənistan ordusuna adam göndərir – SƏBƏB

ABŞ Ukrayna, Moldova, Ermənistan və Balkan ölkələrinin Müdafiə Nazirliklərinə müşavirlər göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası “İntelligence Online” portalına istinadən məlumat yayıb.

ABŞ-ın həmin ölkələrin tələbi ilə müşavir göndərməyə qərar verdiyi bildirilib.

Portalın məlumatına görə, əsas məqsəd sözügedən ölkələrin ordularının Rusiya modelindən uzaqlaşdırılması və ABŞ modelinə uyğunlaşdırılmasıdır.

Ayşən Mustafa
Globalinfo.az