ABŞ dövlət katibinin köməkçisi Türkiyəyə gəlir

ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitter oktyabrın 7-dən 19-dək Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Dövlət katibinin köməkçisi səfər zamanı ABŞ konsulluq əməliyyatlarına nəzar salacaq və xaricdəki ABŞ vətəndaşlarını qorumaq və ABŞ-a qanuni səyahəti asanlaşdırmaq üçün dərin və davamlı öhdəliyimizi vurğulamaq üçün xarici hökumətlərdən olan həmkarları ilə görüşəcək”, – deyə bəyanatda bildirilir.