“ABŞ Zelenskinin Ukrayna ilə bağlı planından xəbərdardır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
O bildirib ki, ABŞ Volodimir Zelenskinin Rusiya ilə hərbi münaqişəyə son qoymaq planı ilə artıq tanış olub.
“Biz Zelenskinin işləyə biləcək bir strategiya və plan hazırladığına inanırıq. Bu planı necə həyata keçirməklə bağlı fikir mübadiləsi aparırıq”, – deyə Qrinfild vurğulayıb. .
Qeyd edək ki, yeni plana görə, Qərb Ukrayna ordusuna Rusiyanın ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verməlidir.Bunu Ukrayna liderinin ofis rəhbərinin müşaviri Sergey Leşenko deyib.
Xatırladaq ki, Zelenski hələ avqust ayında Ukrayna üçün “qələbə planı” təqdim edəcəyini açıqlamışdı.
Müşviq Tofiqoğlu
Globalinfo.az