BMT-dən İrana çağırış: “Bu, şokedici rəqəmdir”

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ölkədəki edamlara görə İran hakimiyyətini tənqid edərək, statistikanı “dəhşətli” adlandırıb.

Globalinfo.az quruma istinadən xəbər verir ki, bu il İranda azı 209 nəfər edam edilib.

“Bu il İranda orta hesabla həftədə 10-dan çox adam edam edilib”, – deyən Türk, İranın bu göstəriciyə görə dünyada lider olduğunu bildirib.

“Bu templə İranda təəssüf ki, keçən il təxminən 580 nəfər edam edilib. Bu, xüsusilə ölüm hökmünün ləğvi ilə bağlı artan universal konsensus nəzərə alındıqda, bu, şokedici rəqəmdir”, – deyə əlavə edib.

Qeyd edək ki, İran hakimiyyəti son dörd gündə ölkədə dörd nəfərin edam edildiyini, onlardan ikisinin, rəsmi hesabata görə, sosial şəbəkələrdə “ateizmi təbliğ etmək, dini və İslami müqəddəslikləri təhqir etmək” ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqlayıb.